Müharibə hazırlığı: Pxenyan ordu toplayır

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Cənubi Koreya ilə hərbi razılaşmanın qismən dayandırılmasından sonra Şimali Koreya iki ölkənin sərhədi yaxınlığındakı demilitarizasiya zonasına qoşun və ağır silahlar yerləşdirib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Cənubi Koreya hərbi rəsmiləri bildiriblər ki, ağır texnika ilə silahlanmış Şimali Koreya əsgərləri noyabrın 24-dən etibarən bir neçə yerdə mövqelərini bərpa ediblər.

Qeyd edək ki, noyabrın 22-də Seul 2018-ci ildə hərbi gərginliyi azaltmaq üçün iki ölkə arasında razılaşmanın bir hissəsini dayandırıb. Qərar Şimali Koreyanın hərbi kəşfiyyat peykini orbitə buraxmasına cavab olaraq qəbul edilib. Hökumət həmçinin sərhəddə kəşfiyyat və nəzarəti bərpa etmək qərarına gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31