Rusiyada 2 milyona yaxın insan işıqsız qaldı
27 Noyabr 2023 20:33 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiyada əlverişsiz hava şəraiti ilə əlaqədar 1,9 milyon insan işıqsız qalıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, Energetika Nazirliyinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər. Bərpa işlərinə çox sayda əməkdaş və xüsusi texnikanın cəlb olunduğu qeyd olunub.
Əlverişsiz hava şəraiti bərpa işlərinə çətinlik yaradıb..
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31