Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib - ÖZƏL
27 Noyabr 2023 16:40 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Olaylar.az xəbər verir ki, vilayətin qubernatoru Vasili Qolubev Telegram kanalında Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin Rostov vilayəti üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) vurduğunu, yerdə heç bir zərərin olmadığını bildirib.
"Kamenski rayonunda PUA vurulub. Yerdə heç bir ziyan aşkar edilməyib. Görülən işlərə görə hərbçilərə təşəkkür etmək istəyirəm" - qubernator bildirib.
Rostov vilayəti Donetsk və Luqansk Xalq Respublikaları ilə həmsərhəddir. Həmçinin, Rusiyanın Cənub Hərbi Dairəsinin qərargahı Rostov-na-Donuda yerləşir. Region mütəmadi olaraq Ukrayna pilotsuz təyyarələrinin hücumlarına məruz qalır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31