Moskva Rusiya vətəndaşlarının HƏMAS-ın əsirliyindən tezliklə azad ediləcəyinə ümid edir - ÖZƏL

"Moskva radikal Fələstinin HƏMAS hərəkatı tərəfindən əsir götürülən qalan Rusiya vətəndaşlarının azad edilməsi üçün səylərini davam etdirəcək".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov bildirib.

"Biz səylərimizi davam etdirəcəyik. Vətəndaşlarımıza gəlincə, onlardan daha bir neçəsi HƏMAS tərəfindən saxlanılan girovlar arasında var. Onların yaxın vaxtlarda azad ediləcəyinə ümid edirik" - o, deyib.

Viktorovun sözlərinə görə, Rusiya indi həbsdə olan konkret şəxslərlə bağlı məlumatları yoxlamaq üçün tədbirlər görəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31