Braziliya Rusiyanın BRİKS-ə sədrliyindən çox şey gözləyir – ÖZƏL
27 Noyabr 2023 16:02 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Braziliyanın 2024-cü ildə Rusiyanın BRİKS-ə sədrliyi ilə bağlı böyük gözləntiləri var".
Olaylar.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mauro Vieira bildirib.
"Mən həmçinin Braziliyanın çoxtərəfli forumlar çərçivəsində dialoqumuzu gücləndirmək üçün Rusiya ilə birgə işləmək öhdəliyini bir daha təsdiqləyirəm. Xüsusilə, BMT, G20 və BRİKS platformasında. Biz Rusiyanın BRİKS qrupuna sədrliyindən çox şey gözləyirik. 2024-cü ildə yeni tərəfdaşlarımızın təşkilata qoşulmasından sonra tarixində yeni səhifə açacaq" - o, bildirib.
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 195-ci ildönümünə həsr olunmuş sərginin açılış mərasimində müraciət oxunub. Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edib.