Rusiya HƏMAS-ın Rusiya vətəndaşlarını azad etmək üçün xoşməramlı jestini yüksək qiymətləndirir — ÖZƏL
27 Noyabr 2023 15:26 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Moskva Həmas-ın Rusiya vətəndaşı olan girovları azad etmək üçün etdiyi xoşməramlı jestini yüksək qiymətləndirir və digər rusların azad edilməsi üçün səylərini davam etdirəcək".
Olaylar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Biz HƏMAS rəhbərliyinin xoşməramlı jestini və bizim üçün xüsusi əhəmiyyət kəsb edən humanitar məsələlərin həllində konstruktiv əməkdaşlığa hazır olduğunu müsbət qiymətləndiririk. Bütün iştirak edən tərəflərlə əməkdaşlıq edərək, Qəzzada girov saxlanılan Rusiya vətəndaşlarının tezliklə azad edilməsinə çalışacağıq" - o, deyib.
Zaxarova bildirib ki, Rusiya vətəndaşı Ron Krivoy Rusiya Xarici İşlər Nazirliyinin səyləri nəticəsində noyabrın 26-da Həmas tərəfindən azad edilib.