İlon Mask İsrailə gedəcək

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"SpaceX", "Tesla" və "X" sosial şəbəkəsinin sahibi İlon Mask İsrailə səfər edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, İlon Mask İsrail prezidenti İsxak Hersoq, eləcə də HƏMAS tərəfindən girov saxlanılan şəxslərin ailələri ilə görüşəcək.

Xatırladaq ki, İlon Mask bir müddət əvvəl "Yəhudi icmaları özlərinə qarşı dayandırmağı tələb etdikləri dialektik nifrəti ağdərililərə qarşı təbliğ edirlər" postuna "Siz doğru deyirsiniz" şərhini yazıb.

Maskın bu şərhindən sonra "Apple", "Lionsgate", "Warner Bros", "Paramount", "Sony Pictures", "Comcast/NBCUniversal", həmçinin, IBM və "Disney" şirkətləri İlon Maskın şərhlərinə görə onun sahib olduğu "X" sosial şəbəkəsində reklamı dayandıracağını açıqlayıblar.

Bundan başqa, "Airbnb", "Amazon", "Coca-Cola", "Microsoft" və digər şirkətlər artıq sosial şəbəkələrdə reklamı dayandırdığını və ya dayandıracağını bildiriblər. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31