Dünya məsələlərində Qərbin hökmranlığı dövrü başa çatır - ÖZƏL
27 Noyabr 2023 14:19 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Təxminən 500-600 il əvvəl kəşflər əsri ilə başlayan Qərbin dünya məsələlərində hökmranlığı erası indi başa çatır".
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Bu fenomenin ortaya çıxması onu göstərir ki, dünya qərb mərkəzli siyasətdən uzaqlaşdıqca, kəşflər dövründən bəri davam edən qlobal siyasətdə Qərbin hökmranlığı dövrü artıq başa çatır" - deyə, Uşakov bildirib.
Kremlin köməkçisi bildirib ki, o, qlobal iqtisadiyyatın əsas hissəsini və planet əhalisinin böyük əksəriyyətini təşkil edən ölkələri nəzərdə tutur:
"Qlobal əksəriyyət və onun beynəlxalq aləmdə artan rolu əslində Rusiyanın mütləq üstünlük verdiyini açıq şəkildə bildirdiyi bloka əsaslanmayan, çoxqütblü və çox sivilizasiyalı dünya modelini təcəssüm etdirir" - deyə, Uşakov bildirib.