Belçikada bu səbəbdən 30-a yaxın məktəb bağlanıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Belçikanın Brüssel şəhərində və Brabanta əyalətində terror aktı təhlükəsi ilə əlaqədar olaraq 27 məktəb bağlanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Valoniya və Brüssel üzrə Təhsil İdarəsi (WBE) məlumat yayıb.

Məlumata görə, ötən gün bir sıra təhsil müəssisəsi partlayış təhdidləri alıb. Ehtiyat tədbiri olaraq, müvafiq məktəblərdə noyabrın 27-dək məşğələləri və şagird qəbulunu dayandırmaq barədə qərar qəbul edilib.

Bəzi məktəb binalarının artıq sapyorlar tərəfindən yoxlanıldığı qeyd olunub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31