Moskvada yollarda hərəkət çətinləşib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Moskvada əlverişsiz hava ilə əlaqədar olaraq yollarda hərəkət çətinləşib.

Olaylar.az xəbər verir ki, bu barədə Moskva Nəqliyyat Departamenti məlumat yayıb.

Məlumata görə, yolların bəzi hissələrində yük maşınları hərəkət edə bilmir.

Bundan başqa, şəhərin kommunal xidmətləri gücləndirilmiş rejimdə çalışdığı qeyd olunub. Əhaliyə avtomobillərlə səfərləri təxirə salmaları tövsiyə olunub.

Həmçinin, hava şəraiti ilə əlaədar olaraq tramvaylarda gecikmələrin olduğu deyilir.

Xatırladaq ki, 24-25 noyabr tarixlərində Moskvada yağan güclü qar səbəbindən hava limanlarında bir sıra ucuş reysləri də təxirə salınmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31