Ermənistanda bağçaların pulunu mənimsəyən cinayətkar dəstə saxlanılıb
27 Noyabr 2023 12:11 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ermənistan Milli Təhlükəsizlik Xidməti uşaq bağçalarından qanunsuz yolla qazanc əldə edən cinayətkar dəstəni saxlayıb.
Olaylar.az bu barədə erməni KİV-inə istinadən xəbər verir.
İşin materiallarına görə, uşaq bağçaları üçün ərzaq tədarükü üzrə tenderlərdə qalib gəlmiş iki şirkət sənədləri saxtalaşdıraraq və məktəbəqədər təhsil müəssisələrinin direktorları ilə əlbir olaraq ərzaq tədarükü üçün ayrılmış pulları ələ keçiriblər.
Müvafiq şəxslərin evlərində və ofislərində axtarışlar azamanı 55 min dollar nağd pul, qızıl-zinət əşyaları, mobil telefonlar və kompyuterlər aşkarlanıb.
Hadisə ilə əlaqədar olaraq 5 nəfər həbs olunub. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31