Türkiyə MİT Suriyada əməliyyat keçirdi: PKK/YPG'nin məsul şəxsi zərərsizləşdirildi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Suriyada Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada əməliyyat keçirib.

Olaylar.az bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, əməliyyat zamanı PKK/YPGchr("39")nin məsul şəxsi zərərsizləşdirilib.

"Karker Andok" kod adlı Mutlu Kacar Suriyanın Ayn əl-Arab bölgəsindən məsul olub.

Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi noyabrın 25-də bu ilin avqustun 15-dən noyabrın 23-dək Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisindəki antiterror əməliyyatı bölgəsində 606-sı PKK/KCK-PYD/YPG, 43-ü İŞİD üzvü olmaqla ümumilikdə 649 terrorçunun zərərsizləşdirilməsi barədə məlumat yaymışdı. (Trend)

Türkiyə MİT Suriyada əməliyyat keçirdi: PKK/YPG'nin məsul şəxsi zərərsizləşdirildi (FOTO)

Türkiyə MİT Suriyada əməliyyat keçirdi: PKK/YPG'nin məsul şəxsi zərərsizləşdirildi (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31