Pakistanda ticarət mərkəzində yanğın - Ölənlər var

Pakistanda ticarət mərkəzində yanğın baş verib.

Olaylar.az xəbər verir ki, hadisə Kəraçi şəhərində ticarət mərkəzində qeydə alınıb. Hadisə nəticəsində azı 11 nəfər ölüb, 35 nəfər yaralanıb.

Altı mərtəbəli binanın dördüncü mərtəbəsində yanğın baş verən zaman ticarət mərkəzində 60-dan çox şəxs olub.

Yaralılardan 7-nin vəziyyətinin ağır olduğu qeyd olunub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31