Moskva aeroportlarında 6 reys təxirə salındı

Moskvanın Şeremetyevo, Vnukovo və Domodedovo aerportlarında 21 reys gecikib, 6 reys təxirə salınıb.

Olaylar.az bu barədə Rusiya KİV-inə istinadən xəbər verir.

Məlumata görə, Vnukovo hava limanında 7 reys gecikib, 4 reys təxirə salınıb. Domodedovo hava limanında 8 reys daha gec vaxta keçirilib, 2 reys təxirə salınıb. Şeremetyevo hava limanında isə 6 reys gecikib.

Xatırladaq ki, dünən də Moskvada güclü qar səbəbindən 50-yə yaxın uçuş reysi təxirə salınıb. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31