Aİ və AK nümayəndələri Ermənistana səfər edəcək - BU TARİXDƏ

Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin və Avropa Komissiyasının nümayəndə heyəti 27-29 noyabr tarixlərində Ermənistana səfər edəcək.

Olaylar.az bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində müxtəlif formatlarda Aİ-Ermənistan əlaqələri müzakirə olunacaq.

Səfər çərçivəsində nümayəndələrin Ermənistanın yüksək vəzifəli hökumət nümayəndələri, eləcə də BMT və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşəcəyi qeyd olunub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31