Bu ölkədə Rusiya təyyarələrinə qoyulan uçuş qadağası ləğv edilir
25 Noyabr 2023 12:34 DünyaŞimali Makedoniyada Rusiyadan uçuşlara qoyulan qadağan ləğv ediləcək.
Olaylar.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, ölkədə ATƏT-in xarici işlər nazirlərinin görüşü keçiriləcək. Tədbirdə Rusiyanın XİN rəhbəri Sergey Lavrovun da iştirakı gözlənilir. Rusiya üçün açıq səma 29 noyabrdan dekabrın 1-dək davam edəcək.
Qeyd edək ki, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani rusiyalı həmkarına dəvətin ötən həftə göndərildiyini bəyan etmişdi. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31