İsrail Qəzzada qalan girovların sayını AÇIQLAYIB
25 Noyabr 2023 10:24 DünyaQəzza zolağında 215 girov qalıb.
Olaylar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Doron Spilman "X" sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, qalan girovların vəziyyətindən İsrail hökumətinin məlumatı yoxdur.
Qeyd edək ki, noyabrın 24-də 4 günlük humanitar atəşkəsin ilk günündə İsrail və HƏMAS əsirləri dəyişdirib. Şərtlərə görə, İsrail hər girov üçün üç fələstinli məhbusu qaytaracaq. Noyabrın 25-də 13 israilli girov və 39 fələstinli məhbus azad edilib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31