Yunanıstanda ABŞ və Fransanın iştirakı ilə hərbi təlimlər keçirilir - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Yunanıstanın şimal-şərqində Yunanıstan silahlı qüvvələrinin və Bolqarıstan, Gürcüstan, Kipr Respublikası, ABŞ və Fransanın quru qoşunlarının iştirakı ilə Olimpiya Əməkdaşlıq 23 hərbi təlimləri keçirilir.

Olaylar.az xəbər verir ki, bu barədə ANA-MPA məlumat yayıb.

Həmçinin qeyd edilir ki, təlimlərdə Albaniya, Ermənistan, Misir, Hindistan, İordaniya, BƏƏ, Rumıniya və Səudiyyə Ərəbistanından da müşahidəçilər iştirak edir.

Yunanıstanın milli müdafiə naziri Nikos Dendias Fransa hərbçilərinin təlimdə iştirakının strateji tərəfdaşlıq razılaşmasının nəticəsi olduğunu bildirib.

"Birləşmiş Ştatlarla imzalanmış ilk müqavilə Aleksandrupoli limanını geosiyasi xəritədə NATO-nun şərq qanadı üçün əsas nəqliyyat qovşağı kimi yerləşdirdi", - Dendias vurğulayıb.

Noyabrın 21-də NATO-nun baş katibi Yens Stoltenberq Serbiya prezidenti Aleksandr Vuçiçlə söhbəti barədə danışıb və bu söhbət zamanı Alyans və Serbiya arasında birgə təlimlərin keçirilməsi imkanlarını müzakirə ediblər.

Bundan əvvəl Rusiya hərbi gəmilərinin Hindistandakı təlimlər zamanı dəniz və hava hədəflərinə artilleriya atəşi həyata keçirdiyi bildirilirdi.

Bundan əvvəl Kim Çen In Rusiyanın Sakit Okean Donanmasını Asiyada və dünyada təhlükəsizliyin təminatı adlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31