Ukraynada xidmət müddəti başa çatmış çağırışçıların tərxis olunması barədə məlumat veriblər - ÖZƏL

Ukraynada xidmət müddəti başa çatan çağırışçılar tərxis olunacaqlar.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Aleksey Danilov Ukrayna radiosuna verdiyi şərhdə bildirib.

"Hərbi xidmətdə olan insanların səfərbərliyinə gəlincə, prezident xahiş etdi və hərbçilər bu insanların yaxın gələcəkdə tərxis olunacağı ilə razılaşdılar", - deyə o, Ukrayna hakimiyyətinin onların sayını başa düşdüyünü qeyd edib.

Nəşrin qeyd etdiyi kimi, söhbət 2020-2021-ci illərdə hərbi xidmətə çağırılan, lakin döyüş əməliyyatları ilə əlaqədar onların tərxis olunması dayandırılan hərbi qulluqçulardan gedir. Bunlar, əsasən, səfərbərlik hüququ olmayan 27 yaşınadək kişilərdir.

Danilov əlavə edib ki, bu hərbçilər arzu etsələr, Ukrayna Silahlı Qüvvələrində qala biləcəklər.

Noyabrın 24-də Ukrayna prezidenti Vladimir Zelenski ölkədə səfərbərlik məsələləri ilə bağlı yeni kompleks planı açıqlayıb.

Bundan əvvəl Rada Ukrayna müdafiə nazirinin bütün müavinlərinin işdən çıxarılmasının səbəbini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31