Belarusda prezident seçkiləri keçiriləcək - BU TARİXDƏ
24 Noyabr 2023 16:13 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Belarus Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərinin keçiriləcəyi vaxtı açıqlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Belarus MSK rəhbəri İqor Karpenko bildirib.
Onun sözlərinə görə, prezident seçkiləri 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməlidir.
Qeyd edək ki, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkodur. O, 2020-ci ilin yayında keçirilən prezident seçkilərindən sonra 6-cı dəfə qalib gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31