Özbəkistan SPECA inkişaf konsepsiyasını hazırlamağı təklif edib
24 Noyabr 2023 15:14 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Özbəkistan SPECA inkişaf konsepsiyasını hazırlamağı təklif edib.
Olaylar.az xəbər verir ki, təklifi Özbəkistan prezidenti Şavkat Mirziyoyev BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında irəli sürüb.
"Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyası və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası ilə birgə SPECA inkişaf konsepsiyasını hazırlamağı təklif edirəm", - o deyib.
Mirziyoyev Regional ticarətin təşviqi üzrə birgə tədbirlər planı hazırlamağın məqsədəuyğun olduğunu qeyd edib.
O həmçinin, SPECA Fondunun yaradılmasını dəstəkləyib və gələn il fondu praktiki olaraq işə salmağın vacib olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31