NATO-nun “hərbi Şengen” yaratmaq ideyası Avropada gərginliyi artırır - PESKOV
24 Noyabr 2023 14:59 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
NATO-nun "hərbi Şengen" yaratmaq ideyası Avropada gərginliyi artırır.
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
Onun sözlərinə görə, Kreml NATO-nun bu cür açıqlamaları Rusiya ilə qarşıdurmanın güclənməsi kimi qiymətləndirir.
"İttifaq həmişə bizim ölkəmizi şərti düşmən hesab edib. İndi isə ölkəmizi aşkar düşmən hesab edir. Bu, Avropada gərginliyi artırmaqdan başqa bir şey deyil və bunun nəticələri olacaq", - Kreml nümayəndəsi deyib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31