Qazaxıstan TBNM ilə yük axınının artacağını gözləyir - Tokayev

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yük axınının artacağını gözləyir.

Olaylar.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında deyib.

"Qazaxıstan Avropa və Asiya arasında kontinental körpüyə çevrilib. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük axınının artacağını gözləyirik", - o deyib.

Tokayev həmçinin, Qazaxıstanın Şimal-Cənub dəhlizi ilə fəal əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31