Moskvada güclü qar səbəbindən 50-yə yaxın uçuş reysi təxirə salınıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Moskvada güclü qar səbəbindən 50-yə yaxın uçuş reysi təxirə salınıb.

Olaylar.az bu barədə Rusiya KİV-inə istinadən xəbər verir.

Belə ki, Vnukovo hava limanında 10 reys gecikib, 4-ü təxirə salınıb. Domodedovo hava limanında isə 14 reys gecikib, 5-i təxirə salınıb, Şeremetyevo hava limanında isə 14 reys gecikib, 1 ucuş reysi isə təxirə salınıb.

Ötən gün Rusiya paytaxtında çovğun güclü tıxaclara səbəb olub. Əlverişsiz hava şəraiti fonunda yerli hakimiyyət orqanları şəhər xidmətlərini yüksək hazırlıq rejiminə keçirib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31