İsrail və HAMAS arasında müvəqqəti atəşkəs başlayıb
24 Noyabr 2023 10:15 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İsrail və HAMAS arasında 4 günlük müvəqqəti atəşkəs başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Qeyd edilib ki, Qəzza zolağında HAMAS ilə İsrail arasında atəşkəs razılaşması qüvvəyə minib. Əldə olunan razılaşmaya görə, Qəzzaya hücumlar müvəqqəti dayandırılacaq, əsir mübadiləsi və humanitar yardımlar təmin ediləcək.
Onu da əlavə edək ki, razılığa əsasən HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzza zolağında saxlanılan 50 girovu azad edəcəyinə söz verib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31