Türkiyə Britaniyadan 40 ədəd "Tayfun" alır

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Türkiyə milli müdafiə naziri Yaşar Gülər və Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps arasında Ankarada görüş baş tutub.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, görüşdə tərəflər arasında təhlükəsizlik və müdafiə sahəsində əlaqələrin dərinləşdirilməsi planı imzalanıb.

İmzalanan sənədə görə, Türkiyənin Britaniyadan 40 ədəd "Tayfun" (Eurofighter Typhoon) təyyarəsi alması nəzərdə tutulur.

Tərəflər həmçinin müdafiə və təhlükəsizlik məsələlərini, eləcə də müdafiə sənayesi sahəsində cari əməkdaşlığı müzakirə ediblər.

Böyük Britaniyanın Ankaradakı səfirliyindən verilən açıqlamaya görə, iki NATO müttəfiqi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Bu məqsədlə nazirlər müdafiə sahəsində əməkdaşlığa dair niyyət bəyanatı imzalayıblar.

Sənəd Aralıq dənizində birgə təlimlərin keçirilməsi imkanlarını, həmçinin Şimali Afrika və Yaxın Şərq ətrafında təhlükəsizliyin dəstəklənməsi imkanlarının araşdırılmasını nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31