Türkiyədə zəlzələ olub

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Türkiyənin Malatya vilayətində 5,2 bal gücündə zəlzələ olub.

Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, yerli vaxtla saat 17:46-da meydana gələn yeraltı təkanların episentri Malatyanın Battalqazi rayonudur. Ocağı yerin 6,99 kilometr dərinliyində olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.

Təbiət hadisəsinin törədə biləcəyi fəsadlarla bağlı hələ məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31