Zakaryan: İrəvanda Ukrayna ssenarisini gözləyirik
23 Noyabr 2023 18:40 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Hakimiyyətin hazırkı siyasəti Ermənistanı təhlükəsizlik sisteminin xarici komponentindən məhrum edəcək. Çünki Qərb Ermənistan üzərində təhlükəsizlik çətirini açmayacaq.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.
"KTMT-də incimə pozası və təhlükəsizlik məsələlərində yeni tərəfdaşlar axtarışı Ermənistan üçün vaxt itkisi olacaq. Yumşaq desək, belə bir vəziyyət ölkə üçün çox konkret neqativ nəticələrə səbəb olacağına görə burada Ukrayna ssenarisi təkrarlana bilər", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31