Lukaşenko Ukraynanın bütün dünyaya necə təhlükə yaratdığını danışıb - ÖZƏL
23 Noyabr 2023 17:22 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Qərbin Ukraynaya hərbi yardımı bütün dünya ictimaiyyəti üçün problemə çevrilmək riski daşıyır.
Olaylar.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
Onun sözlərinə görə, silahlara nəzarətin olmaması silahların qara bazarlara çıxmasına gətirib çıxarır.
"Heç kimə sirr deyil ki, Kiyevə verilən silahlar qara bazarlara gedir. Əgər Qərb siyasətçiləri bundan narahat deyillərsə, o zaman biz silah və hərbi texnikanın nəzarətsiz hərəkətini təkcə regionumuz üçün deyil, bütün dünya ölkələri üçün potensial təhlükəsizliyə təhdid hesab edirik. Xüsusilə də indi, Yaxın Şərqdə yeni alov alovlananda", - Lukaşenko qeyd edib.
O əlavə edib ki, regional səviyyədə qarşıdurmalar digər dövlətlərə də keçə bilər. Lukaşenko vurğulayıb ki, söhbət müasir silah növlərindən istifadə edilən münaqişələrdən gedir.
Lukaşenko bir qədər əvvəl Kiyevin bir gün Moskva və Minskdən kömək istəyəcəyinə əmin olduğunu bildirib.