Putin Çeçenistanın paytaxtının köçürülməsi ideyasına münasibət bildirib - ÖZƏL
23 Noyabr 2023 15:03 Dünya"Yadınızdadırsa, demək olar ki, yerlə yeksan olmuş respublikanın paytaxtını başqa yerə köçürmək barədə fikirləşdiyimiz bir məqam var idi. İndi bu fikirlər sadəcə qəribə səslənir, çünki Qroznı çox möthəşəm şəhərdir", - deyə Putin bildirib.
Olayların verdiyi xəbərə görə, Çeçenistan rəhbəri Ramzan Kadırov Putini respublikaya səfərə dəvət edib. Onun sözlərinə görə, prezident çoxdandır buraya baş çəkmir.
O xatırladıb ki, Putin " təkcə avtovağzalları və hava limanlarını deyil, bütün respublikanı bərpa etdi.
Prezident Kadırova təşəkkür edib və qeyd edib ki, Çeçenistanda görülən hər şey "istedadlı, zəhmətkeş çeçen xalqının əli ilə edilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31