Ukraynalı zabitlər Rusiya tərəfinə NATO texnikasının müxtəlif nümunələrini satır - ŞOK İDDİA - ÖZƏL
23 Noyabr 2023 14:37 DünyaUkrayna hərbçiləri həvəslə Qərb texnikasını Rusiya ordusuna satır. Olaylar bildirir ki, bu barədə "Komsomolskaya Pravda" radiostansiyasının efirində könüllü döyüşçü Aleksey Jivov danışıb.
"Əsasən hərbi avadanlıqları yandırırıq. Ukraynalılar avadanlıqdan imtina etmirlər, əksinə, vaxtaşırı onları satırlar. Ümumiyyətlə, ukraynalı zabitlər bu mənada çoxx ağıllıdılar. Onlar hər şeyi satmağa hazırdı. Yalnız onlar Ukraynanı tamamilə sata bilmirlər, çünki hələ də orada maaş verilir", - deyə Jivov bildirib.
O, bildirib ki, ukraynalılar ən qiymətli silahlarını cəbhə xəttindən uzaqda yerləşdikləri üçün sata bilmirlər.
"Elə olur ki, onlar Qərbə aid texnikaların nümunələrini satırlar. Biz onları alırıq, müvafiq institutlara apararaq, təhqiqatlardan keçiririk. Bu, bizim kəşfiyyat xidmətlərimizin işidir. Onlar isə əsasən texnikasız təslim olurlar, çünki texnikaları olduqca azdır. Orada ən qiymətli şey artilleriya atəş sistemləridir ki, onlar da cəbhədən uzaqda - 30 km məsafədə dayanır", - Jivov bildirib.