Paşinyan hökumətin iclasında PƏRT OLDU - VİDEO
23 Noyabr 2023 13:47 DünyaBu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclasında çıxışı zamanı işıq sönüb.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb.
Bu zaman Paşinyan çaşqınlıqla ətrafa baxıb. Bir neçə saniyədən sonra isə işıqlar yenidən yanıb.
O, buna görə ölkənin ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanı tənqid edib.
Onun sözlərinə görə, ölkədə elektrik enerjisi keyfiyyətsizdir və hətta hökumət binalarında kabinetlərdə daima işıqlar əsir. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31