Estonlar öz ölkələrini tərk edərək Rusiya vətəndaşı olmağı seçir - ÖZƏL

Estoniyada 2023-cü ildə 88 nəfər adıgedən ölkə vətəndaşlığından imtina edib.Onlardan 32-si Finlandiya vətəndaşlığını qəbul edib, 24-ü isə Rusiyanı seçib.

Olayların verdiyi xəbərə görə, bu barədə Estoniya Polisi və Sərhəd Mühafizəsi Departamentinin məlumatlarına istinadən məlumat yayıb.

Estoniya pasportundan imtina edənlər arasında Rusiya pasportu populyarlıq baxımından sadəcə Britaniyanı (9 nəfər) qabalayaraq ikinci yerdə qərarlaşıb. Digər yeddi nəfər isə İsveç vətəndaşlığına üstünlük verib.

Digər hallarda estonlar Norveç və Hollandiya (hər biri üç), İrlandiya və Almaniya (hər biri iki), ABŞ, İsrail, İspaniya, Fransa, Belarus və İsveçrə vətəndaşı olmağı seçiblər. N

Qeyd edək ki, ötən il ərzində 81 nəfər Estoniya vətəndaşlığından imtina edib. Onlardan 31 nəfər Rusiya pasportu alıb, 20 nəfər Finlandiya vətəndaşlığını qəbul edib. Estoniya hakimiyyət orqanları Latviyadan qovulmaqla hədələnən rusları qəbul etməyəcəklərini bildirdilər - o zaman söhbət latış dilini bilmələrini təsdiq etməli olan 3,6 min nəfərdən gedirdi, lakin bu baş vermədi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31