Fransa Cənubi Qafqazı qarışdırmaqla məşğuldur- ÖZƏL
23 Noyabr 2023 11:30 Dünya"Fransa Cənubi Qafqazı qarışdırmaqla məşğuldur. Cənab Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşdən sonra mətbuat üçün bəyanatında həmin siyasətin mahiyyətini bir daha açdı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, bu ölkə əvvəllər dünyanın müxtəlif bölgələrində yürütdüyü siyasəti indi regionumuzda davam etdirməyə çalışır: "Ermənistan isə rəsmi Parisin hökmü ilə oturub-qalxdığı, müstəqil qərarlar qəbul edə bilmədiyi və sürətlə silahlandığı üçün gərginlik getdikcə artmaqdadır. Sülh sazişinin imzalanması problemli görünür. Ermənistan yanlış addımlar atarsa elə əvvəlki nəticəni alacaq. Biz isə müharibə istəmirik, bizə sülh lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31