İsrail Qəzzadan girovların azad edilməsinin başlanğıc tarixini açıqlayıb

Qəzza zolağında saxlanılan girovların bəzilərinin azad edilməsi prosesi noyabrın 24-dən gec olmayaraq başlayacaq.

Olaylar.az-ın məlumatına görə, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi deyib.

"Girovlarımızın azad edilməsi ilə bağlı təmaslar davam edir. [Girovların] azad edilməsi tərəflər arasında ilkin razılaşmaya uyğun olaraq və cümə günündən gec olmayaraq başlayacaq", - deyə o bildirib.

Bundan əvvəl İsrail hökuməti Qəzza zolağından ən azı 50 girovun dörd gün ərzində geri qaytarılması planını təsdiqləyib və bu müddət ərzində anklavda atəşkəs elan edilib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31