İsrail HƏMAS ilə razılaşmaya münasibət bildirib - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

HƏMAS ilə hərbi əməliyyatlarda fasilə başa çatdıqdan sonra İsrail anklavda hərbi problemləri həll etməyə davam edəcək və Fələstin hərəkatının potensialı məhv edilənə qədər dayanmayacaq.

Olaylar.az xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT Təhlükəsizlik Şurasının iclası zamanı danışıb.

"Heç bir yanlış təsəvvür olmasın: pauza başa çatan kimi biz bütün gücümüzlə öz vəzifələrimizi yerinə yetirməyə davam edəcəyik və HƏMAS-ın bütün potensialı məhv edilənə qədər dayanmayacağıq", o deyib.

Noyabrın 22-də Qətər Xarici İşlər Nazirliyinin Fələstinin HƏMAS hərəkatı ilə İsrailin Qəzza zolağında 4 günlük humanitar fasilə barədə razılığa gəldiyini açıqladığı məlum olub. Qeyd edildiyi kimi, humanitar fasilənin başlama vaxtı 24 saat ərzində elan ediləcək. Qətər Xarici İşlər Nazirliyi də bunun razılaşdırılandan daha uzun müddət davam edə biləcəyini etiraf edib.

Bundan əvvəl Həmas İsraillə müvəqqəti atəşkəs və fələstinli məhbusların müqabilində girovların azad edilməsinə dair razılaşmanı təsdiqləyib. Münaqişə tərəfləri atəşkəs və Qəzzada bütün hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31