ABŞ Ukraynanın Rusiya ilə münaqişədə uduzduğunu açıqlayıb - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Ukrayna Rusiya ilə münaqişədə məğlub olacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson "Dialogue works" YouTube kanalına müsahibəsində bildirib.

"Rusiya döyüş meydanında durmadan irəliləyir və çoxlu sayda Ukrayna ordusunu məhv edir. Bu, sadəcə zaman məsələsidir, onlar itirdilər (...) sadəcə bu barədə hələ bilmirlər" dedi.

Conson qeyd edib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası artıq Kiyev rejimini maliyyələşdirə bilmir və yeni silah təchizatı indi Ukrayna deyil, İsrail tərəfindən qəbul edilir. Bundan əlavə, ekspertin fikrincə, ABŞ-ın öz şərtləri ilə danışıqlara başlamaq üçün Rusiyaya qarşı heç bir rıçaqları yoxdur.

Keçmiş analitik bir müddət əvvəl Rusiya hərbçilərinin Ukrayna Silahlı Qüvvələrinə böyük itkilər verdiyini bildirmişdi. O əlavə edib ki, ukraynalılar daim bölmələrini doldurmalı olurlar, bəziləri şəxsi heyətinin 80 faizinə qədər itki verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31