Hakan Fidan Kemeronla görüşdü

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Türkiyə xarici işlər naziri Hakan Fidanla britaniyalı həmkarı Devid Kemeron arasında Londonda görüş olub.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının nümayəndə heyəti bu gün Londonda səfərdə olub. Səfər zamanı Hakan Fidan həmkarları ilə birgə Devid Kemeron ilə görüşüb.

Qeyd edək ki, Hakan Fidanın Britaniyadan sonra Fransaya səfər edəcəyi barədə məlumat yayılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31