ABŞ-da qanuni oğru Vaja Kutaisski və onun əlaltıları saxlanılıb - ÖZƏL
22 Noyabr 2023 20:15 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
ABŞ-ın Nyu-York şəhərində gürcü cinayətkar dəstəsinin 4 üzvü hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilərək saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Prime Crime" "Rustavi 2" televiziya şirkətinə istinadən məlumat yayıb.
Saxlanılanlar arasında qanuni oğru Vaja Qabadadze (Natan Yusupov) və onun üç şəriki - Kaxa Katsadze, Tava kimi tanınan Teymuraz Tavberidze və David Tikaradze də var. Onların hamısı Kutaisi sakinləridir. İttihama görə, 2022-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına kimi qrup üzvləri zərərçəkmişdən fiziki zərərlə hədələyərək pul tələb ediblər. Günahı sübuta yetirilərsə, onları 20 ilə qədər həbs gözləyir.
Vaja Kutaisski kimi tanınan Vaja Qabadadze 1983-cü ildə anadan olub. O, 28 oktyabr 2012-ci ildə Afinada Ded Hassan klanı tərəfindən tac qoyub.