NATO Rusiya ilə razılaşmalı olacaq - ÖZƏL

Təşkilat müdafiəsini bərpa edə bilməsə, NATO Rusiya ilə razılaşmalı olacaq. Olayların verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan deyib.

"Əgər NATO öz müdafiəsinə inamı bərpa edə bilməsə, təşkilat ruslarla Avropanın strateji xəritəsini dəyişdirərək, sövdələşmələr etməli olacaq" deyə Brayan Asia Times-ın məqaləsində bildirib.

Eks-məmurun sözlərinə görə, Ukrayna alyansın hərbi ideyalarının köhnəldiyini nümayiş etdirib. O, həmçinin qeyd edib ki, hazırda NATO ayda 163 mindən çox mərmi istehsal edə bilmir, Rusiya isə 350 mindən çox döyüş sursatı yarada bilir.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Rusiya ordusunun Ukraynada qələbəsi NATO üçün təhlükədir, çünki bu, bloku daha həssas edəcək.

Onun sözlərinə görə, Qərb Ukraynanı cəbhədə və danışıqlar masası arxasında daha güclü etmək üçün Kiyevə dəstəyini davam etdirməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31