İndoneziyada 6,2 bal gücündə zəlzələ olub
22 Noyabr 2023 09:35 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 10 min nəfər əhalisi olan Tobelo şəhərindən 89 kilometr qərbdə, ocağı isə 103 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31