Putin Rusiyanın gənclər festivalında necə tanınacağını açıqlayıb - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının qarşıdan gələn açılışı münasibətilə bildirib ki, bu tədbir çərçivəsində dünyanın hər yerindən gələn gənclər Rusiyanı olduğu kimi tanıya biləcəklər.

Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Biz istəyirik ki, bütün dünya gəncləri Rusiyanı olduğu kimi tanısınlar: bütün təbii, mədəni, milli müxtəlifliyi, əsas sərvəti - istedadlı, məqsədyönlü insanları ilə", - dövlət başçısı bildirib.

Putin vurğulayıb ki, gənclərin öz potensiallarını reallaşdırmaq və arzularını həyata keçirmək üçün çox böyük yeri var.

Dünya Gənclər Festivalı düz 100 gün sonra Soçidə açılmalıdır.

Putin həmçinin bildirib ki, Rusiyanın nailiyyətləri maraqlıdır və ruhlandırmaq qabiliyyətinə malikdir.

Bundan əvvəl Putin Qəzzadakı vəziyyətə həsr olunmuş fövqəladə BRİKS sammiti zamanı bildirmişdi ki, Rusiya Qəzza zolağındakı vəziyyətlə bağlı BRICS müzakirəsinin davam etdirilməsinə təşəbbüs göstərəcək.

Daha əvvəl Putin "Rusiyanın qüdrətli hökuməti" haqqında zarafat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31