Həştərxanda metadondan kütləvi zəhərlənmə qurbanlarının sayı 21 nəfərə çatıb - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Həştərxanda metadondan kütləvi zəhərlənmə qurbanlarının sayı 21 nəfərə çatıb.

Olaylar.az xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb.

İdarədən bildiriblər ki, zərərçəkmiş narkotik istifadəçilərinin yaşadığı evdə axtarışlar aparılıb. Polis mobil rabitə avadanlıqları və digər əşyaları götürüb.

"İlkin istintaq zamanı 3 hərtərəfli genetik ekspertiza və material, maddə və məmulatların ekspertizası təyin edilib. Mobil qurğular kompüter ekspertizasına göndərilib", - deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Dindirilən zərərçəkmişlərin sözlərinə görə, onlar narkotik vasitələri qanunsuz internet mağazası vasitəsi ilə alıblar və malı gizləndiyi yerlərdən götürüblər. Hüquq-mühafizə orqanları Həştərxan sakinlərinin zəhərlənməsinin satıcıların mefedronu daha ucuz metadonla əvəz etmələri səbəbindən baş verdiyini ehtimal edirlər.

Bundan əvvəl Daxili İşlər Nazirliyi Həştərxanda narkotikdən kütləvi zəhərlənmədə şübhəli bilinən şəxslərin dindirilməsini nümayiş etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31