BRİKS fələstinlilərin məcburi deportasiyasına qarşıdır - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) başçıları Fələstin vətəndaşlarının məcburi köçkünlüyünü pisləyiblər.

Olaylar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Biz fələstinlilərin həm fərdi, həm də kütləvi şəkildə öz torpaqlarından zorla köçürülməsini və ya deportasiyasını pisləyirik", - deyə bəyanatda bildirilir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Fələstin-İsrail arasında uzunmüddətli atəşkəsin əldə olunmasının indi təcili vəzifəyə çevrildiyini bildirib. Oktyabrın 7-də HƏMAS Əl-Əqsa daşqını əməliyyatına başladığını elan etdikdən sonra Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrailin cavab tədbirləri Dəmir Qılınclar əməliyyatının məqsədi hücumu dəf etmək, xaricilər də daxil olmaqla 200-dən çox girovu azad etmək və HƏMAS-ı məhv etmək olub. Bu məqsədə çatmaq üçün İsrail əməliyyatın ilk günündən Qəzza zolağına kütləvi raket hücumları həyata keçirib. Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Şurası sektora su, ərzaq, mal, elektrik və yanacaq tədarükünün dayandırılmasına qərar verib. Qəzzaya humanitar yardımların çatdırılması yalnız oktyabrın 20-dən sonra Rəfah keçid məntəqəsi vasitəsilə həyata keçirilməyə başlayıb və onların həcmi qeyri-kafi adlandırılıb.

Bundan əvvəl İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasının zəruriliyini qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31