Ukrayna Silahlı Qüvvələri mərmi tədarükünün azalması səbəbindən böyük problemlər yaşayır - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Amerika döyüş sursatlarının tədarükünün kəskin azalması səbəbindən Ukrayna qoşunları döyüş meydanında mövqelərini itirə bilər.

Olaylar.az xəbər verir ki, bu barədə adı açıqlanmayan ukraynalı məmur ABC televiziyasına bildirib.

"Bizim böyük problemlərimiz var (...) əsas döyüş sursatları gəlmir" - deyə qeyd edib.

Mənbənin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (AFU) "çox yüksək qiymət" ödəməklə, döyüş meydanında mövqelərini itirmək riski ilə üzləşir.

Rəsmi bildirib ki, Qəzza zolağında İsrail və HƏMAS arasında müharibə başlayandan bəri ABŞ-dan artilleriya mərmilərinin tədarükü 30%-dən çox azalıb. Kiyevdə ABŞ-ın Kiyevi mərmisiz tərk etməyəcəyinə söz verdiyini xatırladıblar. ABC-nin mənbəsi belə nəticəyə gəlib ki, verilən əminliklər yalan olub.

Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin Ukrayna prezidenti Vladimir Zelenskiyə ABŞ-ın Rusiya ilə münaqişədə Ukrayna ordusuna kömək edəcək "sehrli çubuq"unun olmadığı barədə xəbərdarlıq etmişdi.

Bundan əvvəl ABŞ və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlara başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31