Putin Tacikistandan olan əmək miqrantlarının Rusiya iqtisadiyyatına verdiyi töhfəni yüksək qiymətləndirib - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Rusiya prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rəhmonla danışıqlardan sonra Tacikistandan olan əmək miqrantlarının hər iki ölkənin iqtisadiyyatının inkişafına verdiyi töhfəni müsbət qiymətləndirib.

Olaylar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putin vurğulayıb ki, Rusiyada bir milyondan çox tacik yaşayır və işləyir.

"Onlar Rusiya iqtisadiyyatının inkişafına böyük töhfə verirlər və müxtəlif sənaye sahələrində çalışırlar", - dövlət başçısı bildirib.

Putin qeyd edib ki, onların vətənlərinə köçürmələri Tacikistan iqtisadiyyatı üçün ciddi köməkdir.

Putinin sözlərinə görə, Rusiya Federasiyasının hakimiyyət orqanları Rusiya Federasiyasında Tacikistan vətəndaşlarının layiqli iş şəraiti və sosial müdafiəsi ilə təmin olunmasına çalışırlar.

Rusiya prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rəhmonu üçüncü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib. Həmçinin Tacikistan Prezidenti Emoməli Rəhmon Rusiya lideri Vladimir Putini respublikaya rəsmi səfərə dəvət edib.

Noyabrın 21-də Rəhmon Moskvaya rəsmi səfərə gəlib. Danışıqların açılışı zamanı Putin bildirib ki, Rusiya ilə Tacikistan arasında münasibətlər yüksək səviyyədədir.

Daha əvvəl Putin "Rusiyanın qüdrətli hökuməti" haqqında zarafat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31