Qazaxıstanda keçmiş nazir müavini həbs olundu
21 Noyabr 2023 19:29 DünyaAstana məhkəməsi Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin keçmiş müavini Nurjan Altayevi xüsusən külli miqdarda rüşvət aldığına görə 10 il müddətinə azadlıqdan məhrum edib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Astana məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
İstintaq materiallarına görə, keçmiş nazir müavini 2018-2020-ci illərdə "Atameken" milli sahibkarlar palatasının maraqlarının himayədarlığı və lobbiçiliyi ilə məşğul olmaqda ittiham olunur.
Altayevin buna görə qeyri-kommersiya təşkilatının rəhbərindən 115 milyon dollar və 8,1 milyon təngə rüşvət aldığı müəyyən edilib.
Cinayət faktları yazışmalarla, həmçinin şahid ifadələri, ekspertizalar və digər qeydlərlə sübuta yetirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31