Kirkorov Dubay səhnəsində erotik rəqs nümayiş edib - ÖZƏL
21 Noyabr 2023 18:19 DünyaOlaylar.az xəbər verir ki Rus pop kralı Dubayda verdiyi konsertdə striptiz rəqsi edib.
Rusiyanın xalq artisti Filipp Kirkorov Dubayda keçirilən Best Music Fest-də çıxış edib və səhnədən bədii gimnastika üzrə rusiyalı məşqçiyə sevgisini etiraf edib.
Səhnədə təəccüb doğuran müğənninin təkcə eşq elanı, eləcə də yeni "Hot of Dubay" mahnısı olmayıb. Sənətçi yeni treki ifa etməzdən əvvəl pencəyini çıxararaq yan tərəfə atıb. "Əhvalın rəngi mavidir" hitində isə pop kralı arxasını tamaşaçılara çevirib, ombalarını ritmik şəkildə hərəkət etdirərək erotik rəqs etməyə başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31