SSRİ-dən Yaponiyaya qırıcı təyyarə qaçıran pilot Belenko vəfat edib- ÖZƏL

Olaylar "New York Times" qəzetinə istinadən xəbər verir ki, SSRİ-dən Yaponiyaya qırıcı təyyarə qaçıran satqın pilot Viktor Belenko təxminən iki ay əvvəl ABŞ-da xəbərsiz şəkildə dünyasını dəyişib.

Bir neçə həftə sonra Vaşinqton Post-un nekroloqlar bölməsində pilotun adına ölüm bildirişi çıxdı və yalnız noyabr ayında 76 yaşlı Belenkonun ölümü NYT-də tam şəkildə bildirildi.

"Viktor qısa sürən xəstəlikdən sonra 2023-cü il sentyabrın 24-də vəfat edib", - deyə məlumatda bildirilir.

Belenkonun vəfatı zamanı onun yanında oğulları Tom və Pol da olub. 

1976-cı ildə Belenko Yaponiyaya MiQ-25 qırıcı təyyarə qaçıraraq, SSRİ-nin rəqiblərinə o zamanın ən son maşını hərtərəfli öyrənmək imkanı yaratdı. O, ABŞ-da siyasi sığınacaq, daha sonra isə oranın vətəndaşlığını almışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31