Şoyqu Ukraynanın Xerson istiqamətində əməliyyatının uğursuz olduğunu etiraf edib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya qoşunları xüsusi əməliyyat zonasında fəal müdafiəni uğurla davam etdirir, inamla öz xətlərini saxlayır və mövqelərini tədricən təkmilləşdirirlər. Olaylar RİA Novosti xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu idarənin kollegiyasının iclasında bildirib.

"Ukrayna Silahlı Qüvvələrinin Xerson istiqamətində desant əməliyyatı keçirmək üçün bütün cəhdləri uğursuz alınıb. Hərbçilərimizin fəal və peşəkar fəaliyyəti nəticəsində Ukrayna qoşunlarının dəniz piyadaları və xüsusi əməliyyat qüvvələrinin bölmələri böyük itkilər verir", - deyə nazir bildirib.

O, həmçinin qeyd edib ki, ayın əvvəlindən Ukrayna ordusu 13700-dən çox insan, 1800-ə yaxın müxtəlif silah və hərbi texnika itirib.

Şoyqunun sözlərinə görə, bir çox Ukrayna hərbçiləri "müdafiəmizi yarmaq cəhdlərinin mənasız olduğunu anlayaraq" təslim olurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31